CƏMİYYƏT


Şəhid Amil Hüseynovun ad günü məzarı yanında qeyd edilib

Vətən müharibəsi zamanı şəhid olan qəhrəmanlarımızdan biri də Hüseynov Amil Rasim oğludur. Şəhidin 35-ci doğum günü ilk dəfə onsuz qeyd edilib. Anım mərasimində şəhidin ailəsi ilə yanaşı, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Əhmədalılar kənd ziyalıları və Vətən müharibəsi qaziləri iştirak ediblər.