CƏMİYYƏT


Şəhid qardaşı: Əli kimi qəhrəman olmaq istəyirəm

Qırx dörd gün davam edən Vətən müharibəsində torpaqlarımızın mənfur düşməndən azad olunması üçün xalqımızın qəhrəman oğulları canlarından keçdilər. Belə cəsur, igid Vətən övladlarımızdan biri də İkinci Qarabağ müharibəsində böyük şücaət göstərərək qəhrəmancasına şəhadətə ucalan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Mehdizadə Əli Məcid oğludur.
AZƏRTAC xəbər verir ki, 2001-ci ildə Lənkəranda dünyaya göz açan Əli Mehdizadə müharibə başlayanda Vətəninin, millətinin səsinə ilk səs verənlərdən oldu. Qəhrəman əsgər Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib.