Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN-in yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyədən Vətənə dönüb

17.08.2021 [09:56]

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) qardaş ölkədəki yanğın-xilasetmə qüvvələrinin üzvlərindən ibarət ikinci qrup avqustun 16-da Vətənə dönüblər.