Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəmkirdə narkotik aludəçisi saxlanılıb

17.08.2021 [15:32]

Xəbərin mətni

Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Əhməd Qasımov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman narkotik vasitə olan “metamfetamin” aşkarlanıb. Saxlanılan şəxs dindirilmə zamanı narkotik aludəçisi olduğunu etiraf edib, faktlarla bağlı araşdırmalar davam etdirilir.