CƏMİYYƏT


Xaçmazda fındıq yığımının qızğın çağıdır: məhsul bol, qiymət sərfəli

Xaçmazın fındıq bağlarında məhsul yığımının qızğın çağıdır. Təsərrüfatçılar avqustun ilk günlərindən fındığın toplanmasına başlayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda yığılan fındığın bir kiloqramı təsərrüfatçılardan 3-3,5 manata alınır.
Fındıq bağlarında məhsuldarlıq ötən illərlə müqayisədə daha çoxdur. Məhsulun bol, qiymətin isə sərfəli olması bağ sahiblərinin daha çox gəlir əldə edəcəyini deməyə əsas verir.