Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti: Qarabağda törədilmiş erməni vəhşiliyini dünyaya göstərəcəyik

17.08.2021 [17:50]

Xəbərin mətni

Ermənistan kapitulyasiya aktını imzalayandan sonra da bizdən vaxt istədilər. Rusiya rəhbərliyi bizə müraciət etmişdir ki, onlara əlavə on gün vaxt verin, onlar buradan öz şələ-şülələrini yığışdıra bilmirlər. Onlara vaxt verin ki, çıxsınlar. Biz yenə də humanistlik göstərdik. Yenə də vaxt verdik noyabrın 25-nə qədər. Amma onlar bu müddət ərzində nə etdilər?! Onlara məxsus olmayan, qanunsuz məskunlaşdıqları evləri yandırdılar, dağıtdılar. İndi yol boyunca o evlər görünür. Ağacları kəsdilər, ağacları yandırdılar. Bax, erməni vəhşiliyi budur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 16-da Kəlbəcər şəhərində dövlət bayrağının ucaldılması mərasimində çıxış edərkən söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI