CƏMİYYƏT
ADAU-nun Biotexnologiya mərkəzində müxtəlif stres amillərinə davamlı bitkilərin əldə olunması istiqamətində tədqiqat işləri aparılır
17.08.2021 [17:59]
Xəbərin mətni
Bitkilərin mikroklonal çoxaldılması prosesi müasir dünyada ən çox tətbiq edilən çoxaldılma üsullarından biridir. Bu üsul vasitəsilə qısa müddət ərzində çoxlu sayda bitki əldə etmək mümkündür. Eyni zamanda, invitro şəraitində virussuz, xəstəlikdən azad edilmiş bitkilər alınır. Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılmış Biotexnologiya Mərkəzində bitkilərin müxtəlif stress amillərinə, xəstəliklərə qarşı davamlılığının müəyyən edilməsi məqsədilə bu istiqamətlərdə molekulyar analizlər həyata keçirilir.