CƏMİYYƏT
QHT rəhbərləri Ağdamda erməni vəhşiliyini öz gözləri ilə görüblər
17.08.2021 [19:10]
Xəbərin mətni
Avqustun 17-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) rəhbərləri işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Pənahəli xanın Ağdam şəhərində yerləşən imarəti və İmarət stadionu ilə tanış olublar. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov ermənilərin vəhşiliyinə məruz qalan tikili barədə məlumat verib.