CƏMİYYƏT


Xaçmazda şəhid Kərəm Veyisovun yaşadığı küçəyə onun adı verilib

Xaçmaz şəhərində Vətən müharibəsi şəhidi Kərəm Veyisovun yaşadığı küçə bundan sonra onun adını daşıyacaq. Kikboksçu, üçqat dünya çempionu Kərəm Veyisov Vətən müharibəsində Füzulidən Şuşayadək döyüş yolu keçərək qəhrəmancasına şəhid olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 18-də Xaçmaz Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, şəhid ailələri, qazilər, döyüş yoldaşları Kərəm Veyisovun adı verilən küçədə xatirə lövhəsinin açılışında iştirak ediblər.