CƏMİYYƏT
Quba sakinindən “patı” və heroin götürülüb
18.08.2021 [17:34]
Xəbərin mətni
Quba Rayon Polis Şöbəsinin əməkdaşları “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin və heroin maddəsini üzərində gəzdirməkdə şübhəli bilinən rayon sakini Samir Heydərovu saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, saxlanılarkən həmin şəxsin üzərində psixotrop maddə hesab edilən metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunaraq götürülüb.