CƏMİYYƏT
Balakəndə ictimai nəqliyyatda və qapalı məkanlarda nəzarət-profilaktiki tədbirlər keçirilib
19.08.2021 [11:05]
Koronavirus infeksiyasının kütləvi yayılmasının və onun ağır fəsadlarının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarların icrası ilə əlaqədar Balakəndə də gücləndirilmiş nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri zamanı karantin rejiminin tələblərinə bəzi vətəndaşlar tərəfindən etinasız yanaşıldığı aşkarlanıb. Xüsusilə də sakinlərin daha çox üz tutduqları böyük super marketlərin və paltar mağazalarının girişində dezinfeksiyaedici vasitələrin yerləşdirilmədiyi, alıcıların və satıcıların tənəffüs yollarını örtən fərdi vasitələrdən istifadə etmədikləri aşkarlanıb. Həmin şəxslərə qapalı məkanlarda sosial məsafənin gözlənilməsi, tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilib və xəbərdarlıq olunub.