Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aşura günü ilə əlaqədar Mərkəzi Qan Bankının bölmələrində qanvermə aksiyası keçirilir

19.08.2021 [13:05]

Xəbərin mətni

Aşura günü ilə əlaqədar olaraq Mərkəzi Qan Bankında qanvermə aksiyasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, qanvermə aksiyası Mərkəzi Qan Bankının Bakı şəhəri də daxil olmaqla, respublika üzrə 8 bölməsində təşkil edilib.
Vətəndaşlar avqustun 19-da saat 09:00-dan başlayaraq Mərkəzi Qan Bankının müvafiq bölmələrinə yaxınlaşaraq, könüllü qanvermə aksiyasında iştirak edə bilərlər. Qanvermə aksiyası Məhərrəm ayı boyu davam edəcək.

BÖLMƏNİN DİGƏR VİDEOLARI