CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib

Avqustun 19-da Qafqaz Müsəlmanları İdarəsində Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə başda olmaqla idarə əməkdaşları, ölkəmizdə fəaliyyət göstərən konfessiyaların nümayəndələri iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Aşura günü münasibətilə Qafqaz müsəlmanları adından Azərbaycan müsəlmanlarına və dünya müsəlmanlarına başsağlığı verən şeyxülislam Allahşükür Paşazadə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman övladlarımıza Allahdan rəhmət diləyib, ailələrinə və yaxınlarına səbir, dəyanət arzulayıb, qazilərimizə şəfa diləyib.