Azərbaycan Dövlət İnformasiya Agentliyi

Kürdəmirdə narkotik tərkibli bitki yetişdirən şəxs saxlanılıb

20.08.2021 [12:22]

Xəbərin mətni

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon polis şöbəsinə daxil olan məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Türkədi kənd sakini Yunis Əzizov saxlanılıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI