Prezidentin köməkçisi: Saxta vaksin pasportu alan insanlar özlərinin, yaxınlarının həyatlarını təhlükə altına atırlar
20.08.2021 [13:08]
Xəbərin mətni
Bu gün burada saxta vaksin pasportları verən həkimlər haqqında da danışıldı. Təəssüf ki, belələri var. Bizdə də hazırda reanimasiyada olan insanlar var ki, əllərində vaksin olunması ilə bağlı pasportu var. Bir neçə halda istintaq əməliyyatları və sorğu-suallar nəticəsində bəlli olub ki, həmin insanlar saxta pasportla özlərini peyvənd olunmuş kimi təqdim ediblər. Amma faktiki olaraq onlara peyvənd vurulmayıb. Bu gün onlar reanimasiyada ağır vəziyyətdədirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də təşkil etdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov məlumat verib.