CƏMİYYƏT


Ülvi Mehdiyev: COVID pasportunun yoxlanılması üçün “ASAN xidmət” tərəfindən xüsusi mobil tətbiq sistem hazırlanıb

Sentyabrın 1-dən ticarət mərkəzləri, ictimai-iaşə obyektləri, yəni kafe-restoranlar, şadlıq evləri, o cümlədən otellərdə vətəndaşların COVID pasportu yoxlanılacaq. Ümumi tapşırığa əsasən bu prosesin operativ həyata keçirilməsi üçün “ASAN xidmət” tərəfindən xüsusi mobil tətbiq sistem hazırlanıb. Bu sistemdən istifadə edənlər həmin obyektlərin əməkdaşları olacaq və onlar həmin sistemi istifadə etmək haqqında təlimatlandırılacaqlar. Çalışmışıq ki, maksimum asan bir sistem olsun.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində söyləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır