CƏMİYYƏT


İyulun 1-dən bu günədək COVID-19 pasportu olmayan 46 min 899 min nəfər toy şənliklərinə buraxılmayıb

Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən iyulun 1-dən bu günədək respublika ərazisində 4865 toy şənliyinin monitorinqi aparılıb.
AZƏRTAC xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində deyib.