Hər bir şirkət sahibi “icaze.gov.az” vasitəsilə əməkdaşlarının neçə faizində vaksin pasportu olduğunu izləyə bilər
20.08.2021 [15:43]
“icaze.gov.az” portalı ötən ildən fəaliyyətdədir. Sərt karantin rejimləri dövründə şirkətlər, təşkilatlar həmin sistem vasitəsilə öz əməkdaşlarına icazələr alırdılar. Orada hər bir şirkətin şəxsi kabineti var. Nazirlər Kabineti yanında Operativ Qərargah sentyabrın 1-dən müxtəlif xidmət sahələri, təşkilat və şirkətlərin əməkdaşlarının 80 faizinin COVID pasportunun olmasına dair qərar qəbul edib. Həmin müəssisə, xidmət sahələrinin rəhbərləri əməkdaşlarının hansı faiz dərəcəsində vaksinləşməsini şəxsi kabinet vasitəsilə nəzarətdə saxlaya bilərlər. Hər bir şirkət sahibi həmin portalda əməkdaşlarının neçə faizində vaksin pasportu olduğunu izləyə və ona uyğun təşkilatdaxili müəyyən qərar verə bilər.