CƏMİYYƏT


Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb.
Bakı şəhəri, Qaradağ rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunun kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında Pərvin Həsən oğlu Rzayevin idarə etdiyi "Mercedes-Benz S 600" markalı, 90-LB-478 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə həmin əraziyə gələn Məhəmməd Ağakərim oğlu Məmmədov İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır