CƏMİYYƏT


Şirvanda şəhid Röyal Məmmədovun xatirəsinə inşa edilən bulaq istifadəyə verilib

Vətən müharibəsi zamanı canından keçərək şəhidlik zirvəsinə ucalan Röyal Məmmədovun xatirəsi anılıb. Şəhidin xatirəsinə inşa edilən bulağın açılışı olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Röyal Məmmədovun anım günündə ailəsi ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, şəhər sakinləri, məktəblilər və Röyalın döyüşçü yoldaşları iştirak edib. Çıxış edənlər Vətən müharibəsində torpaqlarımızı düşmən tapdağından canı bahasına azad edən və Şəhidlik zirvəsinə yüksələn əsgər Məmmədov Röyal Misil oğlunun xatirələrindən söhbət açıb.