Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinin “On the road” şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sənədli filmin çəkilişinə başlayıb

23.08.2021 [11:50]

Xəbərin mətni

Çinin “On the road” şirkəti Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlı sənədli filmin çəkilişinə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə şirkətin çəkiliş qrupu ilk olaraq Şuşa şəhərinə səfər edib. Şəhərin müxtəlif ərazilərində çəkilişlər edən qonaqlara Şuşanın tarixi, memarlıq abidələri, 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi, 30 ilə yaxın dövr ərzində erməni vandalizminə məruz qalması və 2020-ci ilin noyabrında Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildikdən sonra bərpa-quruculuq işlərinə başlanılması barədə məlumat verilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI