Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu
23.08.2021 [16:43]
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 2 avqust 2021-ci il tarixindən başlayan “Ucqar kənd gənclərinin inkişafında gənclər təşkilatlarının rolu” layihəsi davam edir.Layihə çərçivəsində növbəti səfər zamanı Sağlam Düşüncə Gənclər Təşkilatı İctimai Birliyi, Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiasiyası - Azərbaycan İctimai Birliyi (AIESEC) və Odlar Yurdu Gənclər İctimai Birliyi ilə #Birlikdə Quba rayonunun Xınalıq, Astara rayonunun Hamuşam və Lerik rayonunun Siyov kəndindən olan gənclərlə #Birlikdə olduq, onların fərdi inkişaflarına dəstək göstərildi.