Lerikdə dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb
23.08.2021 [18:38]
Xəbərin mətni
Lerik rayonu, Soru kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.