CƏMİYYƏT


Laçın uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan 19 yaşlı qəhrəman

Avqustun 24-ü Vətən müharibəsi şəhidi Abasov Samir Adəm oğlunun doğum günüdür. Qəhrəman əsgər döyüşdə göstərdiyi şücaətə görə ölümündən sonra iki medalla təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Samir 2001-ci ildə Şabran rayonunun Uzunboyad kəndində anadan olub. Orta məktəbdə təhsilini başa vurduqdan sonra 2020-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb.
Samir Abasov Vətən müharibəsinin ilk günündən həmlə qruplarında döyüşlərə qatılıb. Əvvəlcə Suqovuşan və Talış cəbhələrində savaşıb. Sonrakı döyüş yolu Laçın rayonu istiqamətində olub. 19 yaşlı döyüşçü düşmənlə savaşda şücaəti ilə hərbiçi yoldaşlarının rəğbətini qazanıb.