CƏMİYYƏT


ABŞ-ın Marşal İrsi İnstitutu Azərbaycana 10 minaaxtaran it göndərib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) uzun illərdən bəri tərəfdaşı olan ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən 2023-cü ilin iyulunadək Azərbaycana 30 minaaxtaran itin təhvil verilməsi planlaşdırılır.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, xüsusi təlim keçmiş 10 it Agentliyə avqustun 23-də “Silk Way West Airlines” şirkəti tərəfindən təmənnasız olaraq çatdırılıb.