CƏMİYYƏT


Ağdaşda avtomobil təmiri sexlərində yanğın olub

Ötən gecə Ağdaş şəhərinin Babək küçəsindəki avtomobil təmiri sexlərində güclü yanğın hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdaş rayon sakini Gülbəniz Məmmədliyə məxsus, ümumi sahəsi 532 kvadratmetr olan 17 təmir sexindən 4-ü və ya 140 kvadratmetr hissəsi yanıb. Alov qısa müddətdə genişlənərək təmir üçün saxlanılan “Opel” və “VAZ 2106” markalı 2 avtomobili, eləcə də sexlərdəki avtomobil ehtiyat hissələrini yandıraraq yararsız vəziyyətə salıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və digər tikililər alovdan mühafizə edilib.