Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Mercedes” ağaca çırpılıb, beş nəfər ölüb

25.08.2021 [11:17]

Xəbərin mətni

Qubada beş nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü və avtomobildəki 4 sərnişin ölüb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI