CƏMİYYƏT


Göyçayda narkotik becərən şəxs saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əməliyyat nəticəsində rayonun Qarayazı kənd sakini Xanlar Həsənov saxlanılıb. Onun yaşadığı ünvanın həyətyanı sahəsinə baxış keçirilən zaman yarımtikilinin içərisində aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 77 kiloqramdan artıq olan 33 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb və ekspertizaya təqdim olunub.