SİYASƏT


İranda “Dəniz kuboku” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib

“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku”  müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.
Mərasimdə iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku” müsabiqəsinin bayraqları meydana gətirilib.
Çıxış edənlər "Dəniz kuboku" müsabiqəsinin əhəmiyyətini yüksək qiymətləndirib, Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafındakı rolundan danışıblar.