CƏMİYYƏT


FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti inzibati tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 26K ünvanında yerləşən yaşayış binasının avtodayanacaq sahəsində fəaliyyət göstərən avtomobillərə texniki xidmət obyektində plandankənar yoxlama aparılıb. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkar edilib. Aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.