CƏMİYYƏT


Bu günədək İsmayıllıda əhaliyə 61575 doza koronavirus peyvəndi vurulub

İsmayıllıda COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi davam edir. Bu günə qədər rayonun təhsil və səhiyyə işçiləri, hüquq-mühafizə orqanlarında, sosial sektorda və ictimai-iaşə, ticarət obyektlərində çalışanların əksər hissəsi hər iki dozanı qəbul edərək vaksinasiyadan keçib. Eləcə də rayonun digər müəssisə və təşkilatlarında çalışanlar, habelə rayon sakinləri vaksinasiyada fəal iştirak edirlər.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Fikrət Osmanov AZƏRTAC-a bildirib ki, rayonda təşkil edilən vaksinasiya məntəqələrində sakinlərə bu günədək 61575 nəfərə peyvənd vurulub. Onlardan 28878 nəfər hər iki dozanı qəbul edib.