CƏMİYYƏT


“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışı olub

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, yenilənmiş həyət Bakı şəhəri, Sabunçu rayonu, Adil Əlibabayev küçəsində yerləşən 2 mindən çox sakinin yaşadığı 1-5 saylı binaları əhatə edir.