CƏMİYYƏT


Ağdamda Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun iştirakçılarının seçimi aparılıb

Bu il noyabr ayında Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçiriləcək. Bununla əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin şəhər və rayonlarından forumda iştirak edəcək uşaqların seçilməsi məqsədilə görüşlərə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayon Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon tərəfindən təqdim edilən 21 uşaq müsahibəyə cəlb edilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən fəallığı və intellektual səviyyəsi ilə fərqlənən, fikirlərini sərbəst şəkildə ifadə etməyi bacaran, sosial fəallığı ilə fərqlənən iki uşaq seçilib. Müsahibədə Regional İnkişaf İctimai Birliyinin nümayəndələri də iştirak edib.