SİYASƏT


"Dəniz kuboku" müsabiqəsinin ilk epizodu yerinə yetirilib

"Beynəlxalq Ordu Oyunları - 2021" yarışları çərçivəsində keçirilən “Dəniz kuboku” müsabiqəsində iştirak edən hərbi dənizçilər “Gəminin dayanıqlılığı uğrunda mübarizə və xilasetmə hazırlığı” mərhələsinin "Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu yerinə yetirib.
Əvvəlcə epizodun yerinə yetirilmə ardıcıllığı müəyyən edilib. Heyətlər bu epizodda gəminin təhlükəsizliyinin təmin edilməsi, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdirib.