CƏMİYYƏT


Narkotiklərin satışı ilə məşğul olan şəbəkənin daha 15 üzvü saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, kultivasiyası, təbliğatı, sosial şəbəkələrdə onlayn yolla satışı ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti silsilə əməliyyatlar həyata keçirilib.
Baş İdarə əməkdaşlarının daxil olmuş məlumat əsasında Səbail rayonunun Badamdar qəsəbə sakini Hikmət Əlizadəyə məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 975 kiloqram olan 464 ədəd çətənə kolu və 50 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hikmət Əlizadə paytaxtın mərkəzi rayonunda narkotik tərkibli bitkilərin kultivasiyasi ilə məşğul olduğunu və çətənə kollarını satmaq məqsədi ilə əkib-becərərək xüsusi qulluq etdiyini bildirib.
Qeyd edək ki, bu şəxs çətənə kollarını gizlincə əkmək üçün ailə üzvlərini də bir müddətlik Səbail rayonundakı evindən başqa yerə göndərib.