Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xətai, Sabunçu, Nəsimi və Nərimanov rayonlarında səkkiz aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb

26.08.2021 [17:18]

Xəbərin mətni

Paytaxtın Xətai rayonunda dörd nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.