CƏMİYYƏT


Qaradağ rayonunda Azərbaycan Uşaqlarının V Forumu üçün seçim mərhələsinə start verilib

Ölkəmizdə hər iki ildən bir keçirilən Azərbaycan Uşaq Forumunun sonunda fəal və kreativ düşüncəli 15 uşaqdan ibarət əlaqələndirmə şurası yaradılır. Yaranan qurum forumlararası müddətdə müvafiq qurumlarla təmasları davam etdirərək uşaqlar tərəfindən qaldırılan aktual məsələlərin həllini nəzarətdə saxlayır.
AZƏRTAC xəbər verir ki, Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində istedadlı uşaqlar arasından V Uşaq Forumuna seçimlə əlaqədar görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Günel Nağdəliyeva Forumla bağlı məlumat verərkən belə deyib. O, seçimlə bağlı danışaraq bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi və UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində cari ilin noyabr ayında baş tutacaq Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun seçim mərhələsinə start verilib.