Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələdə dağlıq ərazidə baş vermiş yanğının geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

26.08.2021 [19:29]

Xəbərin mətni

Xəbər verildiyi kimi, avqustun 26-da Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsinin qeydə alınması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin iki ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin cəlb olunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI