Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şuşa sakini: Ata yurdu heç nə ilə əvəz edilə bilməz

27.08.2021 [12:19]

Xəbərin mətni

Vətən müharibəsində işğal altındakı torpaqlarımız düşmən tapdağından azad edildi. Bununla 30 ilə yaxın doğma yurdlarının həsrəti ilə yaşayan məcburi köçkünlərimizin də arzuları həyata keçmiş oldu. İndi onlar illərdir həsrətində olduqları doğma yurdlarına, evlərinə dönəcəkləri və daimi yaşayacaqları günü gözləyirlər.
Şuşa şəhər sakini Aftandil Rəsulov da 29 ildir doğulub boya-başa çatdığı şəhərinin, ata ocağının həsrəti ilə yaşayırdı. Artıq bu həsrət bitib.