CƏMİYYƏT


İsmayıllıda şəhərin mühafizəsi üçün yeni bənd tikilib

İsmayıllıda şəhərin sel sularından mühafizəsi üçün yeni beton bənd tikilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı rayonu ərazisindən keçən dağ çayları yaz və payız aylarında daha təhlükəli olur. Belə iri çaylara Girdimançay, Ax-Ox çay, Göyçay çay, Türyançay və Talıstan çayını misal gətirmək olar. Talıstan çayda tikilən beton bənd ümumilikdə İsmayıllı şəhərini sel sularından qorumaq üçün nəzərdə tutulub. Hazırda əraziyə İsmayıllı Suvarma Sistemləri İdarəsinin texnikaları cəlb olunub, beton bəndin tikintisi yekunlaşmaq üzrədir.