Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Qızılağac Dövlət Təbiət Qoruğundakı yanğının söndürülməsini küləkli hava çətinləşdirir

27.08.2021 [18:05]

Xəbərin mətni

Məlumat verildiyi kimi, avqustun 27-də Lənkəran şəhərinin Balıqçılar qəsəbəsi yaxınlığında Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində başlamış yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb.