CƏMİYYƏT


Saatlıda Uşaqların V Ümumrespublika Forumuna seçim mərhələsi aparılıb

Uşaqların V Ümumrespublika Forumuna seçim mərhələsi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin şəhər və rayonlarından forumda iştirak edəcək uşaqların seçilməsi məqsədilə görüşlər davam edir. Növbəti seçim mərhələsi Saatlı rayonunda aparılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən görüşdə müsahibəyə 20 uşaq cəlb edilib.