SİYASƏT


Azərbaycan tankçıları “Beynəlxalq Ordu Oyunları - 2021” yarışında uğurla iştirak edirlər

Azərbaycan tankçıları Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin növbəti mərhələsində uğurla iştirak ediblər.Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Fərdi sürmə” mərhələsində güclərini sınayan komandamızın növbəti tank heyəti də uğurla çıxış edib.