Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ad günündə döyüşlərə qoşularaq şəhid olan Şəmsi Cəfərovun xatirəsi anılıb

28.08.2021 [11:04]

Xəbərin mətni

Vətən müharibəsində şəhid olan Cəfərov Şəmsi Mahir oğlunun ad günündə qəhrəmanlıq dolu xatirəsi anılıb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Cəfərov Şəmsi Mahir oğlunun ad günündə şəhidin ailəsi ilə bərabər Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, Vətən müharibəsi qaziləri iştirak edib, şəhid Şəmsinin həyat yolundan söhbət açılıb.