CƏMİYYƏT


Bakıda növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib

Son günlər ölkədə koronavirus pandemiyasına yoluxanların sayında kəskin artım qeydə alındığından vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədilə paytaxt Bakı şəhərində genişmiqyaslı kompleks tədbirlər görülür.AZƏRTAC xəbər verir ki, bu tədbirlər çərçivəsində ötən həftə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər dezinfeksiya həftəsi keçirilib.