CƏMİYYƏT
Bakıda bir neçə şirkətə 30 min manatdan çox maddi ziyan vuran iki nəfər saxlanılıb
28.08.2021 [13:15]
Xəbərin mətni
Bakı şəhərində tikinti, məişət əşyaları, oyun konsulları, kondisioner və mobil telefonların onlayn yolla satışı ilə məşğul olan şirkətlərin etibarından sui-istifadə edərək onların nümayəndələrini dələduzluq yolu ilə aldadan və ya həmin şəxslərə qarşı soyğunçuluq edən iki nəfər saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə zərərçəkənlərdən daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd olunan qanunsuz hərəkətləri etməkdə şübhəli bilinən paytaxt sakinləri Rüstəm Tinayev və Turqut Quliyev tutulublar.