CƏMİYYƏT


Balakəndə narkotik vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri həyata keçirilib.DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Zaqatala şəhər sakini Tahir Balayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan kağız bükümlərdə qurudulmuş marixuana aşkarlanıb.Araşdırma zamanı T.Balayevin həmin narkotik vasitəni rayon ərazisində satmaq məqsədilə üzərində daşıdığı məlum olub.