CƏMİYYƏT


Ağdamda “Gənclər kuboku: Hərb oyunları” layihəsi həyata keçirilir

“İrəli” İctimai Birliyi tərəfindən gənclərin maarifləndirilməsi və vətənpərvər ruhda formalaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Belə tədbirlərin davamı kimi Ağdam rayonunun Quzanlı qəsəbəsində “Gənclər kuboku: Hərb oyunları” layihəsi həyata keçirilir. Layihə gənclərin fiziki-psixoloji dözümlülüyünü artırmaq, sağlam həyat tərzini formalaşdırmaq, həmçinin Vətən müharibəsində qazandığımız böyük Qələbənin ardından gənclərdə hərb sahəsinə olan marağın günü-gündən artmasını özündə ehtiva edir.