Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Gəncədə dezinfeksiya işləri aparılıb

28.08.2021 [16:46]

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə uyğun olaraq Gəncə şəhərində yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər davam edir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son günlər ölkə ərazisində xəstəliyə yoluxanların sayında artım nəzərə alaraq, bu gün səhər saatlarından başlayaraq təsdiq olunmuş qrafikə əsasən, Gəncədə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilir.