CƏMİYYƏT


Vətən müharibəsində şəhid olan Elnur Cəfərovun xatirəsi anılıb

Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhadətə yüksələn oğullarımızdan biri də Cəfərov Elnur Cəmiyyət oğludur. Şəhidin ad günü məzarı yanında qeyd edilib. Vətən uğrunda canını fəda edən Elnurun əziz xatirəsi anılıb, ruhuna dualar oxunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə şəhidin ailəsi ilə yanaşı, rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.